Günel Zeynalova: "Qadınlar kimsənin kefinə və şiddətinə boyun əymədən yaşamalıdır"
Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında Türkiyədə qətlə yetirilən Ayşenur Halil və İkbal Üzünerdən yazıb.
Onların şəkillərini paylaşan ifaçı bu cinayəti törədənlərin qanun qarşısında cavab verməli olduqlarını bildirib:
"Onlar sadəcə ad rəqəm və statistika deyil. Bu gülüşləri yarım qoyanlar hesab vermədikcə heç birimizə hüzur yoxdur. Qadınlar kimsənin kefinə və ya şiddətinə boyun əymədən, qorxusuz yaşamalıdır. Qadınların həyatları, haqqları və xəyalları kimsənin insafına buraxılmamalıdır".
Qeyd edək ki, 4 gün əvvəl Türkiyədə ağır cinayət hadisəsi baş verib.
İstanbulda Semih Çelik adlı şəxs özü kimi 19 yaşında olan Ayşenur Halil və İkbal Uzuner adlı iki qızı vəhşicəsinə qətlə yetirdikdən sonra intihar edib.
Oxşar xəbərlər
Bakıda Formula-1-ə görə bəzi parkinqlər işləməyəcək
Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran-Prisi 2026" ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəq...