Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov tədbir çərçivəsində jurnalistlərə dini mövzuların cəmiyyətdəki rolundan və mediada işıqlandırılması məsələlərindən danışıb.
G.İsmayılov bildirib ki, müasir rəqəmsal mühitdə din mövzusu ən aktual və həssas sahələrdən biridir. Onun sözlərinə görə, cəmiyyətdə dini sabitliyin qorunması baxımından media, dini qurumlar və din xadimlərinin sıx əməkdaşlığı zəruridir:
"Dini sabitliyin qorunması hər kəsin üzərinə düşən birgə məsuliyyətdir. Bu həssas mövzunun mediada peşəkar şəkildə işıqlandırılması sabitliyin təmin olunmasında mühüm rol oynayır. Ona görə də media ilə dini qurumların, o cümlədən dini icmaların və din xadimlərinin birgə fəaliyyəti qaçılmazdır". Tədbirdə dini mövzuların mediada düzgün və qərəzsiz təqdim edilməsinin cəmiyyətdə sağlam dini mühitin formalaşmasına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı reallaşır.
Oxşar xəbərlər
Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ
Son dövrlər sosial şəbəkə hesablarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Xüsusilə "WhatsApp" hesablarının ələ keçirilməsi, şəxsi yazışmaların ələ dü...