Gülbahar Şükürlüdən yazdı: "Söz vermişdin ki, ölməyə hazırlaşmıram" - FOTO

Gülbahar Şükürlüdən yazdı: Söz vermişdin ki, ölməyə hazırlaşmıram - FOTO
Sosial 6

Müğənni Nadir Qafarzadə vəfat edən Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı paylaşım edib.,

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında Şükürlü ilə fotosunu paylaşaraq onn ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:

"Mənə söz vermişdin ki, ölməyə hazırlaşmıram. Nə oldu? Çox heyif səndən... Bir tərəfdən canın qurtardı. Yaman zillətdə idin. Bunun mən də, doğmaların da yaxşı bilirdik".

Məlumat üçün bildirək ki, Gülbahar Şükürlü uzun sürən xərçəng xəstəliyindən sonra ötən gün dünyasını dəyişib. Əməkdar artistlə vida mərasimi onun Buzovna qəsəbəsindəki evində keçirilib.

Vidadan sonra Gülbahar Şükürlü İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Gülbahar Şükürlüdən yazdı:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər