Əməkdar artist Gülbahar Şükürlü dəfn edilib - YENİLƏNİB - FOTO

Əməkdar artist Gülbahar Şükürlü dəfn edilib - YENİLƏNİB - FOTO
Foto
Sosial 10

Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

***12:15

Ötən gün vəfat edən Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, sənətçinin Buzovna qəsəbəsindəki evində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Mərasimdən sonra mərhum Buzovnada yerləşən "Əli ayağı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, G.Şükürlü uzun sürən xəstəlikdən sonra yanvarın 5-də 62 yaşında dünyasını dəyişib.

***11:31

Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü Buzovna qəsəbəsində, həyat yoldaşının yanında dəfn olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a onun ailə üzvləri bildiriblər.

***11:05

Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərpaşa Nemətov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Azərpaşa Nemətov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və dir...

317 Video 16:21 10 aprel 2023

Son xəbərlər