Azərpaşa Nemətov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
***12:48
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə Milli Dram Teatrında vida mərasimi keçirilir.
BAKU.WS xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.
Vida mərasimindən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Azərpaşadan danışan Hacı İsmayılov: "Əməliyyatdan sonra əsəbləri korlanmışdı"
Xalq artisti Azərpaşa Nemətovla Akademik Milli Dram teatrında vida mərasimi keçirilir. BAKU.WS xəbər verir ki, mərasimdə Azərpaşa Nemətovun ailə üzvləri, yaxınl...