Güclü sel Laza kəndinə gedən yolu yararsız hala saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Son iki gündə Qəbələnin Laza kəndinə yağan aramsız leysan yağışları nəticəsində yaşayış məntəqəsinə gedən avtomobil yoluna ciddi ziyan dəyib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel səbəbindən yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində kəndə gedən əsas yol bağlanıb.
Qəbələ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, aidiyyəti qurumların əməkdaşları əraziyə baxış keçiriblər. Yaranmış problemin qısa zamanda aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Rayonun icra hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Laza kəndinə sakinlərin və nəqliyyat vasitələrinin gediş-gəlişi alternativ yol vasitəsilə təmin olunub.
Hazırda çay yatağında məcratənzimləmə işləri icra edilir, eyni zamanda, dağılan yolun bərpası üçün əraziyə ağır texnika cəlb olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...