Güclü külək fəsadlar törədib

Güclü külək fəsadlar törədib
Sosial 62

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BAKU.WS-ə bildirib ki, bu saata olan məlumata görə, respublikanın bəzi rayonlarında güclü külək müşahidə olunub, bir sıra rayonlarda fəsadlar törədib.

Belə ki, Gəncədə martın 19-da bir neçə ağacın budaqları qırılıb, ayrı-ayrı tikililərin dam örtüyü zədələnib.

G.Məmmədovanın sözlərinə görə, martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin sürətinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Son xəbərlər