“Green House” şadlıq evində yanğın 500 kvadratmetr ərazini əhatə edib - FOTOREPORTAJ
Bu gün Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verib. Yanğın 500 kvadratmetr ərazini əhatə edib.
BAKU.WS report-a istinadən hadisə yerindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Dərhal hadisə yerinə FHN-nin 7 yanğınsöndürmə avtomobili və canlı qüvvəsi cəlb olunub.
Havanın küləkli olmasına baxmayaraq yanğın qısa müddətdə tam söndürülüb.
Qalereya
Oxşar xəbərlər
FHN: “Green House” şadlıq evindəki yanğının səbəbləri araşdırılır”
“İlkin baxışlara görə, Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində təmir işləri gedirdi. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”. BAKU.WS x...