Gözəllik salonunda tərk edilən uşaqlar: "Anamızı sevirik"
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında gözəllik salonlarından birində ananın iki azyaşlı övladını tərk etməsi ilə bağlı paylaşım edib.
Uşaqlar dövlət qurumlarının müdaxiləsi nəticəsində sığınacağa yerləşdiriliblər.
Sığınacaq əməkdaşı Müşfiq Hümbətlinin sözlərinə görə, uşaqlar əvvəlcə atanın yanında olub, daha sonra nənə-babalarının yanına yerləşdiriliblər:
"Ana onları oradan götürdükdən sonra bir müddət saxlayıb, sonuncu dəfə isə hansısa salonda rəfiqəsinin yanında qoyub. Məlumata görə, ana pis vərdişlərin aludəçisi olub. Uşaqlarla maraqlanmadığı üçün onlar baxımsız vəziyyətdə qalıb və təhsildən yayındırılıblar. Uşaqlar isə bildiriblər ki, analarını çox sevirlər".
Məlumata görə, ana bir müddət uşaqları ilə birlikdə şəhərdəki hamamların birində qalıb. Daha sonra isə anidən yoxa çıxıb və 4-5 gün ərzində ondan xəbər alınmayıb. Bundan sonra obyekt əməkdaşları uşaqlarla bağlı Sosial Xidmətlər Agentliyinə müraciət ediblər.
Qeyd edək ki, "Mehriban" Qadın və Uşaq Sığınacağının yaydığı məlumatda uşaqlardan birinin ürək problemi olduğu qeyd olunub.
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları...
"Bakının Baş Planı 2040 çərçivəsində paytaxtda yaşıllıq sahələrinin artırılması, mövcud parkların genişləndirilməsi və yeni istirahət məkanlarının yaradılması i...