Gözəllik salonunda qadını öldürmək istədi - Məhkəmə işi
Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun barəsindəki cinayət işi üzrə məhkəmə keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclas şahid ifadələri ilə davam edib.
Nemət Nəcəfov hadisə barədə bunları deyib:
"Mən cinayətin baş verdiyi gözəllik salonun sahibiyəm. Hadisədən bir gün qabaq Samirin əlində mismar görmüşəm. Deyirdi ki, bu mismarla onun gözünü çıxaracağam".
Məhkəmənin növbəti iclası mayın 14-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.
Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan tanışı - 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən S.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakte...