Google Maps-dən Bakı ilə bağlı YENİLİK
"Google Maps" platformasında Bakı şəhərinin ictimai nəqliyyat marşrut şəbəkəsi üzrə məlumatlar yenilənib.
BAKU.WS-in məlumatına görə, yenilənmədən sonra paytaxtda fəaliyyət göstərən avtobus marşrutları, dayanacaqlar və hərəkət istiqamətləri xəritədə daha dəqiq və ətraflı şəkildə göstərilməyə başlayıb.
Yenilənmiş məlumatlar sayəsində istifadəçilər şəhər daxilində hərəkəti daha rahat planlaşdıra biləcəklər. Xəritədə konkret avtobus marşrutunun hansı küçələrdən keçdiyini, dayanacaqların dəqiq yerləşməsini və marşrutun istiqamətini görmək mümkün olacaq. Bu isə xüsusilə gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün böyük rahatlıq yaradır.
Qeyd edək ki, sistemdə edilən yeniləmələr nəticəsində istifadəçilər marşrut seçərkən daha düzgün qərar verə, alternativ yolları müqayisə edə və səfər vaxtını daha dəqiq hesablaya biləcəklər. Bundan əlavə, turistlər və şəhəri yaxşı tanımayan şəxslər üçün də bu dəyişikliklər navigasiyanı xeyli asanlaşdırır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı pilləkənlər nə qədər rahatdır? - Ekspertdən AÇIQLAMA
Şəhər mühitində pilləkənlər sadəcə iki səviyyəni birləşdirən memarlıq elementi deyil. Onlar həm də insanların gündəlik hərəkətinin rahatlığını, təhlükəsizliyini...