Gitaraçı Rəmişin doğum günüdür
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.
BAKU.WS xatırladır ki, Rafiq Hüseynov 1944-cü ildə 14 noyabrda Ağdam rayonunun Gülablı kəndində anadan olub.
İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub.
O, Xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.
Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.
Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Oxşar xəbərlər
Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Təhlükəsizlik Şurası katibi Ramil Usubov, onun müavini Mədət Quliyev, Azərbaycan Preziden...