Generala Müdafiə Nazirliyində yüksək vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.
Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenant Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.
Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların "N" saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.
Oxşar xəbərlər
Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi"
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri döyüş bölgələrindən uzaqda yerləşən dinc şəhər və kəndlərimizi də hədəf alaraq dəfələrlə ağır a...