General-leytenant təqaüdə göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.
B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.
Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...