Gəncənin əsas xəstəxanası təmir olunacaq - 2,5 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yerləşən Z.Məmmədov adına xəstəxananın Travmatologiya şöbəsində genişmiqyaslı yenidənqurma işləri aparılacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu məqsədlə Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən əsaslı təmir işlərinin satın alınması ilə bağlı tender elan edilib.
Layihənin ehtimal olunan dəyəri 2 milyon 503 min manat müəyyənləşdirilib.
Tenderin predmeti Z.Məmmədov adına xəstəxananın Travmatologiya şöbəsinin tam bərpası və müasir standartlara uyğun təchiz olunmasıdır.
Qeyd edək ki, Z.Məmmədov adına xəstəxana Gəncə bölgəsində əsas ixtisaslaşdırılmış tibb müəssisələrindən biri hesab olunur. Travmatologiya şöbəsinin yenilənməsi bölgə əhalisinə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək
Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satına...