Gəncədən Şuşaya ilk avtobus yola düşüb

Gəncə şəhərindən Şuşaya avtobus reysi açılıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, Gəncə Beynəlxalq Avtovağzalından hərəkət edən avtobusun ilk sərnişinləri şəhid ailələrinin üzvləri və Vətən müharibəsinin iştirakçıları olub.
Qeyd edək ki, reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Gəncəyə isə 14:45-də həyata keçiriləcək.
Gəncə-Şuşa-Gəncə reysi üzrə bir istiqamət üçün biletin qiyməti 6.20 manat təşkil edir. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib. Gəncə-Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 5.20 manat, Gəncə-Xankəndi 5.70 manat, Tərtər-Xocalı 2.40 manat, Tərtər-Xankəndi 2.80 manat və Tərtər-Şuşa aralıq məntəqəsi üçün biletin qiyməti 3.30 manatdır.
Biletləri "biletim.az" portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
Qalereya
Oxşar xəbərlər
62 yaşlı qadın kran operatoru: "Qızımın da bu peşəni davam etdirməsini istəyirəm"
Bakı Dərin Özüllər Zavodunda çalışan 62 yaşlı Sifay Kərimova artıq 23 ildir ki qaldırıcı kran operatoru kimi fəaliyyət göstərir. BAKU.WS PhotoStock.az-a istinad...
