Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Füzuli, Ağsu, Şəmkir rayonlarından və Gəncə şəhərindən toplanan yardımlar yola salınıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar olan 25 752 kiloqram humanitar yardım 3 TIR tipli yük maşını ilə qardaş ölkəyə doğru hərəkət edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti günlərdə də humanitar yardım karvanı yola düşəcək.
Oxşar xəbərlər
Azerbaycandan Türkiyəyə yardımlar davam edir - VİDEO
Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yard...