Gəncə yəhudiləri: "Azərbaycan bizim Vətənimizdir" - REPORTAJ/ FOTO

Gəncə yəhudiləri: Azərbaycan bizim Vətənimizdir - REPORTAJ/ FOTO
Foto
Sosial 258

Gəncədə yəhudilərin məskunlaşmasının tarixi 3 əsrə yaxındır. Zaman keçsə də yəhudilərə olan hörmət və diqqət hər zaman davam edib.

BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, illər bir-birinə əvəzləyib və Gəncə sakinləri ilə burada yaşayan yəhudlilər arasında bağlılıq yaranıb. Hər kəs mehiban qonşu, mehriban dost kimi yaşayıb, yaradıb. Nəsil dəyişsə də qarışlıqlı inam, qarşılıqlı hörmət dəyişməyib. Tarix boyu bu insanları Azərbaycan adlı bir vətən birləşdirib.

“Azərbaycanda əsrlərdir yaşayırıq. Heç vaxt ayrı-seçkilik görməmişik. Gəncədə dünyaya gəlmişik. Mənim 60-dan artıq yaşım var və gəncəliyəm. Mənim atam da, anam da burada anadan olub. Övladlarım və nəvələrim də burada doğulub, bu şəhərdə yaşayr. Özü də çox xoşbəxt yaşayırıq. Daima toylara, şənliklərə azərbaycanlılarla bir getmişik. Bizlərə həmişə böyük hörmətlə yanaşıblar. Bütün bayramları qeyd edirik. Novruz bayramı olsun, Roşa-Şana bayramı olsun. Bir sözlə, iki xalqa məxsus bütün bayramları qeyd edir, bir süfrə arxasna toplaşırıq. İstər birinci Qarabağ müharibəsində, istərsə də tarixi qələbənin əldə olunduğu 44 günlük Vətən müharibəsində yəhudilər də könüllü cəbhəyə yazıldı və bir Vətənimiz olan Azərbaycanın torpaqlarının işğaldan azad olunmasında iştirak etdi”, - deyə yəhudi əsilli Gəncə sakini Aida İsayeva bildirir.

Rəsmi məlumata görə, təkcə Gəncə şəhərində 300-dən çox yəhudi yaşayır. Bu gün yəhudilər bir Azərbaycanın vətəndaşı kimi bütün imtiyazlardan istifadə edir, dövlətimizin yaratdığı imkanlardan tam yararlanırlar.

Yeri gəlmişkən, onu da bildirək ki, hazırda Gəncə şəhərində yaşayan yəhudilər məhz ölkənin ikinci böyük şəhərində doğulan, buarada böyüyən və hamımız üçün Vətən olan Azərbaycanın maraqlarını qorumaqdadır. Bir sözlə, Azərbaycan yaşamaq istəyən hər kəs üçün ən unikal dövlətdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər