Gəncədə uşaq evlərinə nəzarət gücləndirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus xəstəliyi ilə bağlı Gəncə şəhər Uşaq Evində dezinfeksiya tədbirlərinə başlanılıb.
Bu barədə BAKU.WS-in bölgə müxbirinə Uşaq Evinin direktoru Nazilə İsmayılova məlumat verib.
Onun sözlərinə görə, aparılan profilaktik tədbirlər çərçivəsində müəssisə dezinfeksiya olunub: "Artıq 3 dəfə uşaq evində dezinfeksiya işləri görülüb. Bundan əlavə burada çalışan işçilər bütün ləvazimatlarla təmin olunub.
Qapalı müəssisəyik bu baxımdan mart ayının 14-dən uşaq evinə giriş-çıxışlar dayandırılıb, uşaqlarla təmas tamamilə minimuma endirilib.
Uşaq evinə qonaqlar tərəfindən göndərilən ərzaqlarda tamamilə dayandırılıb".
Oxşar xəbərlər
Banklarda krediti olanlara şad xəbər - RƏSMİ
Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbay...