Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq? - Sakinlər narahatdır

Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq? - Sakinlər narahatdır
Video
Sosial 379

Gəncədə ötən ilin 18 oktyabr tarixində partlayış baş vermiş binada hazırda heç bir təmir işinin aparılmaması sakinlərin narazılığına səbəb olub.

BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, ötən müddət ərzində onlara binanın sonrakı taleyinin necə olacağı ilə bağlı heç bir məlumat verilməyib. Üstəlik, indiyədək ərazidə hər hansı işə başlanılmaması prosesin uzanacağını göstərir. Bu isə kirayədə yaşayan sakinləri narahat edir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildi ki, partlayışla bağlı yararsız hala düşmüş məzillərdən çıxmaq məcburiyyətində qalan ailələrin hər birinə kirayə pulu ödənilir və bu problem həllini tapana qədər ödəniş davam edəcək.

Binanın bərpa edilməsi, yoxsa yenidən tikilməsi məsələsinə gəldikdə, Fövqəladə Hallar Nazirliyindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, partlayış baş vermiş çoxmənzilli yaşayış binasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə texniki baxış keçirilib və akt tərtib edilib. Həmin akt əsasında yaşayış binasında bərpa işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş verilib. Fövqəladə Hallar Nazirliyindən o da bildirildi ki, layihə-smeta sənədləri hazırlandıqdan sonra müvafiq qurumlarla razılaşdırılması üçün təqdim ediləcək.

Daha ətraflı videomaterialda:

Son xəbərlər