Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub.
BAKU.WS "Report"a istinadən məlumat verir ki, Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan E.M məktəbdə siqaret çəkib, digər şagirdləri təhqir edib və bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, görüntülərlə bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti dövlət komissiyanın nümayəndələri ilə birgə polis əməkdaşları həmin məktəbdə olublar.
"Şagird və onun valideyni ilə profilaktik iş aparılaraq, bu barədə protokol tərtib olunub", - DİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...