Gəncədə "Hyundai" piyadaları VURDU: Yaralıların yeddisi qadındır

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi ilə sentyabrın 9-u, saat 20:50-dən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə səkkiz nəfər (yeddi qadın, bir kişi cinsli) hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib. Hazırda bir nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeddi nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
***10:07
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1996-cı il təvəllüdlü Sərxan Məmmədzadə "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan piyadalar - 1968-ci il təvəllüdlü Sevinc Əsgərova, 2006-cı il təvəllüdlü Xədicə Əliyeva və 1979-cu il təvəllüdlü Pərvanə Zeynalovanı vurub. Daha sonra avtomobil qarşı hərəkət zolağına çıxaraq "Chevrolet" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü sürücü S.Məmmədzadə, 1968-ci il təvəllüdlü Rəna Həsənova, "Chevrolet" markalı avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü Ruslan Həsənov, avtomobildə olan sərnişinlər - 1989-cu il təvəllüdlü Gülrux Qurbanova və 1958-ci il təvəllüdlü Ramidə Abbasova da xəsarət alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sentybarın 15-dək neçə məktəbdə təmir işləri yekunlaşacaq - RƏSMİ CAVAB
Bakıda təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər hər il davamlı şəkildə həyata keçirilir. BAKU.WS-in məlumatına görə, şagirdlərin daha y...
