Gəncədə “avtoş”lara qarşı reyd keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir neçə VAZ markalı avtomobil sahiblərinin qanunsuz olaraq nəqliyyat vasitələrində konstruksiya dəyişikliyi etməsi aşkar edilib.
Bundan başqa araşdırmalar zamanı məlum olub ki, bəzi sürücülər şəhər ərazisində təhlükəli manevrlər edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub, qanunazidd hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə paylaşılması vətəndaşların haqlı narazılığına səbəb olub.
DYP əməkdaşları bir daha həmin sürücülər ilə profilaktik söhbətlər aparıb, onlara yol hərəkəti haqqında Qanunun tələbləri barədə məlumat verilib, barələrində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar.
Qalereya
Oxşar xəbərlər
Ucuz avtomobillər satışa çıxarılır - "Land Cruiser" 15500, "Maxima" 4000 AZN - QİYMƏTLƏR
18 may 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 61 nəqliyyat vasitəsi çıxarılıb. Qey...