Gəmilərin fəaliyyəti sabah bərpa edilə bilər - RƏSMİ

Gəmilərin fəaliyyəti sabah bərpa edilə bilər - RƏSMİ
Sosial 50

Xəzər dənizində üzən gəmilərin aprelin 17-si gündüz saatlarından etibarən fəaliyyətlərini bərpa edəcəkləri gözlənilir.

BAKU.WS bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata əsasən, küləkli hava şəraiti ilə əlaqədar təhlükəsizlik məqsədilə Xəzərdə üzən ASCO gəmiləri hazırda lövbər dayanacaqları və sığınacaqlardadır.

Xatırladaq ki, bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur, gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir. 

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Oxşar xəbərlər

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsala...

120 Sosial 23:15 23 iyul 2025

Son xəbərlər