Gələn il maaşlardan gəlir vergisi tutulacaq?
"2026-cı ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmaların 2 milyard 567 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 29.05% çoxdur. Yəni 2026-cı ildə fiziki şəxslərdən gəlir vergisi kimi yığılan hər 100 manatın əvəzinə 129 manat 50 qəpik yığılacaq".
Bunu iqtisadçı Eldəniz Əmirov "Facebook" hesabında yazıb.
O bildirib ki, vergi artımının 5 səbəbi ola bilər. Bunlar əməkhaqlarının artması, iş yerlərinin sayının çoxalması, inflyasiya, vergi dərəcələrinin dəyişməsi və 2019-cu ildə tətbiq olunmuş vergi güzəştlərinin bitməsidir.
E.Əmirov qeyd edib ki, əməkhaqlarının 29-30% artması, yeni iş yerlərinin yüksək artımı, inflyasiya və vergi dərəcələrinin dəyişməsi bu qədər böyük artıma səbəb ola bilməz. "Bunun əsas səbəbi 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin bitməsidir. 2026-cı il yanvarın 1-dən etibarən bu güzəşt başa çatacaq və həmin şəxslərin gəlirləri artıq gəlir vergisinə cəlb olunacaq".
İqtisadçı əlavə edib ki, bu dəyişiklik büdcə daxilolmalarını təxminən 30% artıracaq və həmin kateqoriyadakı şəxslərin vergi yükü də müvafiq olaraq yüksələcək. 2019-cu ildə güzəştin tətbiq edilməsinin əsas məqsədi isə qeyri-neft sektoru üzrə məşğulluğu təşviq etmək olub.
Oxşar xəbərlər
Orucu xurma, yoxsa su ilə açmaq daha faydalıdır?
Ramazan ayında iftar süfrəsində müzakirə edilən mövzulardan biri də orucun necə açılması ilə bağlıdır. Bir çox insanı düşündürən əsas sual budur: orucu əvvəl x...