Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb - CƏDVƏL
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb.
Mərkəzdən BAKU.WS-ə bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində – sentyabr ayında ictimaiyyətə təqdim olunub və
Mərkəzin saytında yerləşdirilib. Buraxılış imtahanı proqramları yaxın vaxtlarda “Abituriyent” jurnalının xüsusi buraxılışlarında da dərc olunacaq.Qeyd edək ki, imtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik yoxdur və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq.
DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.
Qalereya
Oxşar xəbərlər
Gələn ilin buraxılış və qəbul imtahanlarının tarixi AÇIQLANDI - QRAFİK
2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanlarının tarixləri açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat yayıb...