Gələn il Azərbaycanda elektron imtahanlar keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Elektron imtahanların standartlaşdırılması və bu imtahanların rəqəmsal əlçatanlığının artırılması hədəfinə çatmaq üçün 2024-cü ildən etibarən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
DİM sədri bildirib ki, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə keçirilməsi nəzərdə tutulur:
"Daha kütləvi imtahanların bu formata keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır. Bu layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır".
"Daha bir vacib hədəfimiz - rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun olaraq təhsilalanların səriştələrinin yoxlanılmasıdır. Bu, təkcə informatika dərslərində rəqəmsal kompetensiyaların deyil, digər fənlərdən də bilik və bacarıqların yeni formatda qiymətləndirilməsini nəzərdə tutur", - DİM sədri əlavə edib.
Oxşar xəbərlər
Ali məktəb və kolleclərə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...