Gələn aydan "Lider TV"nin yayımı dayandırılır - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
"Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilməsi və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edib.
BAKU.WS "report”a istinadən xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının mayın 24-də keçirilən iclasında bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verildi - SİYAHI
Milli Televiziya və Radio Şurasının iclası keçirilib. MTRŞ-dan bildirilib ki, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub. "Lid...