Gələcəyin enerjisi istiqamətində addımlar - Nazir müavinindən AÇIQLAMA

Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışında Bakı Enerji Həftəsinin əsas məqamlarına diqqət çəkilib.
Bildirilib ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə 39 ölkədən 267 şirkətin nümayəndəsinin iştirakı müzakirələrin əhəmiyyətinin və beynəlxalq çəkisinin ən bariz nümunəsi kimi dəyərləndirilə bilər.
Qeyd edilib ki, bu il 30-cu dəfə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, Bakı Enerji Forumu, eləcə də 13-cü dəfə baş tutan Yaşıl Enerji Sərgisinin özəyini Azərbaycanın gələcəyə yönələn enerji baxışı təşkil etdi.
Əlavə edilib ki, Prezident İlham Əliyev mötəbər tədbirin açılış nitqində Azərbaycanın təbii qaz ixrac həcmini artıracağını, yaşıl enerji istehsalı istiqamətində isə konkret hədəflərə malik olduğunu açıqladı.
"Prezident İlham Əliyevin xarici siyasət xəttində səfər etdiyi ölkələrin biznes dairələri, qarşılıqlı əlaqələrin qurulması və ölkədə yaradılan biznes mühiti yaşıl enerji sahəsinə maraq göstərən xarici şirkətlərin sayını da günbəgün artırır.
İlkin mərhələdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə başlayan yaşıl enerji istehsalına indi Çin şirkətləri də qoşulub. Öncələr Azərbaycanda xarici investorların neft-qaz sahəsində bir-biri ilə apardığı rəqabət indi özünü yaşıl enerji sahəsində göstərir", - deyə verilişdə bildirilib.
Oxşar xəbərlər
Səbəbkar piyadadır, cəzalandırılan isə sürücü - NİYƏ?
Baku TV-nin "Necə olmalıdır?" podkastında bu dəfə təhlükəli qayda pozuntuları ilə bağlı müzakirə aparılıb. Podkastda təhlükəli qayda pozuntularının siyahısı və...
