Gecə bu qaydanı pozanlar 10 min manat CƏRİMƏLƏNƏCƏK

Gecə bu qaydanı pozanlar 10 min manat CƏRİMƏLƏNƏCƏK
Sosial 683

Azərbaycanda gecə saatlarında ictimai iaşə obyektlərindən (restoran, kafe, bar və s.) yayılan yüksək səslə musiqi və digər narahatedici səslər sakinləri rahatlığını pozduğu halda inzibati məsuliyyətə səbəb olur.

BAKU.WS xəbər verir ki, bu cür hallar qanunvericilikdə "sakitlik rejiminin pozulması" kimi qiymətləndirilir və ciddi cərimələrlə nəticələnə bilər.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərən səs-küy və vibrasiya çirklənməsi müəyyən olunmuş normalardan artıq olduqda cəzalandırılır. Bu halda:

Fiziki şəxslər üçün cərimə: 200–300 manat,

Vəzifəli şəxslər üçün: 2,500–3,500 manat,

Hüquqi şəxslər üçün isə: 8,000–10,000 manat təşkil edir.

Bundan əlavə, İXM-in 521-ci maddəsi məişət səs-küyü ilə bağlı qaydaları pozan şəxslərə qarşı da inzibati məsuliyyət nəzərdə tutur. Yaşayış binalarının içərisində və ya ətrafında, küçələrdə və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər 07:00-a qədər yüksək səslə danışmaq, mahnı oxumaq, musiqi ifa etmək və müxtəlif texniki vasitələrlə səs-küy salmaq qanunla qadağandır.

Bu qaydaların pozulması halında:

Fiziki şəxslər üçün cərimə: 150–200 manat,

Vəzifəli şəxslər üçün: 2,000–2,500 manat məbləğində müəyyən edilir.

Hüquqşünaslar bildirirlər ki, belə hallar təkrarlandığı təqdirdə obyektlərin fəaliyyəti ilə bağlı daha ciddi tədbirlər də gündəmə gələ bilər. Vətəndaşlar bu cür səs-küylə qarşılaşdıqda 102 xidmətinə, yerli polis orqanlarına və ya icra strukturlarına müraciət edə bilərlər.

Son xəbərlər