Füzulidə tarixi məscid BƏRPA EDİLƏCƏK
Füzuli rayonunun Qarğabazar kəndində yerləşən tarixi məscid bərpası ediləcək və ətraf ərazinin abadlaşdırılması həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən layihə-smeta sənədləri hazırlanır.
Layihə Qarğabazar kəndində yerləşən tarixi-memarlıq irsinin qorunmasına və dini abidələrin bərpasına töhfə verəcək. Həmçinin ərazidə mədəni və dini turizmin inkişafına təkan yaradacaq.
Bərpa işləri başa çatdıqdan sonra Qarğabazar kənd məscidi həm mədəni, həm də dini baxımdan bölgənin simvolik məkanlarından biri kimi yenidən fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Psixiatr: İtlə yaşamaq həm ürəyə, həm də psixoloji duruma müsbət təsir edir
İtlə birlikdə yaşamaq insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün faydalı ola bilər. BAKU.WS xəbər verir ki, bu barədə tanınmış psixiatr Xavyer Kintero...