Fuad Hüseynəliyevdən TƏKLİF: "Jurnalistlər üçün dini sahədə treninqlər keçirilsin"

Fuad Hüseynəliyevdən TƏKLİF: Jurnalistlər üçün dini sahədə treninqlər keçirilsin
Sosial 42

"Dini məsələlər üzərindən istənilən bir cəmiyyətdə həmişə hansısa təlatümlərin baş verməsi riski var. Bunun qarşısını almaq üçün mediamız ötürdüyü mesajlara fikir verməlidir".

BAKU.WS xəbər verir ki, bu fikirləri report informasiya agentliyinin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev səsləndirib.

O, bu barədə "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfrans çərçivəsində təşkil olunan "Din-media münasibətləri: yeni hədəf və çağırışlar" adlı panel sessiyadan sonra jurnalistlərə verdiyi açıqlamada danışıb.

Fuad Hüseynəliyev qeyd edib ki, medianın bu məsələlərə yanaşması cəmiyyətdə dini həssaslığın düzgün istiqamətə yönəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə şəkildə jurnalistlər üçün dini sahədə treninqlər təşkil etməsini təklif edib.

Onun fikrincə, bu cür treninqlər informasiya təhlükəsizliyi və cəmiyyətin maarifləndirilməsi baxımından mühüm rol oynaya bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər