"Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirildi

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze Resort" istirahət və yaşayış kompleksində "Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə" mövzusunda təlim keçirilib. Təlim Fövqəladə Hallar Nazirliyi (FHN) Baş əməliyyat və İctimaiyyətlə əlaqə idarələrinin birgə təşkilatçılığı ilə baş tutub.
BAKU.WS xəbər verir ki, təlimə FHN Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilsetmə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikaları cəlb olunub.
Təlimin keçirilməsində məqsəd istirahət və yaşayış kompleksinin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlar və sudaboğulma təhlükəsi zamanı davranış qaydalarının aşılanması olub. Nəzəri və praktiki hissədən ibarət olan təlimin nəzəri hissəsində nazirliyin əməkdaşları tərəfindən kompleksin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar və sudaboğulma təhlükəsi zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib.
Oxşar xəbərlər
2026-cı ildə İcbari Tibbi Sığorta Xidmətlər Zərfi genişləndiriləcək - RƏSMİ
Hazırda İcbari Tibbi Sığorta Xidmətlər Zərfində 3 315 tibbi xidmət təminata alınıb. Buraya ürək-damar cərrahiyyəsi, neyrocərrahi əməliyyatlar, qaraciyər, böyrək...
