Fövqəladə Hallar Nazirliyi ləğv olunacaq? - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Mövcud olan nazirliklərin ləğv edilməsi və ya yeni nazirliyin yaradılması Prezident İlham Əliyevin müstəsna səlahiyyətindən olan məsələdir".
BAKU.WS xəbər verir ki, bunu unikal-a açıqlamasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, onun üçün Fövqəladə Hallar Nazirliyinin ləğv edilməsi və ya digər quruma birləşdirilməsi məntiqli yanaşma deyil.
"O baxımdan ki, bütün dünyada kataklizmlər baş alıb gedir. Yanğın, uçqun, daşqın və s. hallar baş verir. Dünyada fövqəladə hallarla bağlı daha böyük qurumlar yaradılır, mövcud olanlar böyüdülür. Elə bir dövrdə yaşayırıq ki, hər gün qəza, yanğın, uçqun, daşqın baş verir. Bu baxımdan, Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı fikirləri o qədər də məntiqli görünmür. Düşünmürəm ki, bir nazirlikdə problem baş verirsə, həmin an o nazirlik ləğv olunmalıdır. Pis hadisələrin baş verməsi hər bir vətəndaşı incidir. Amma nazirliyin ləğv olunacağını, belə bir məsələnin gündəmdə olduğunu düşünmürəm.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...