“Formula-1”ə görə bağlanan yollar açıldı

02
may
2023
09:04
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulan küçə və prospektlərdə hərəkət bərpa edilib.
BAKU.WS xəbər verir ki, Bakı Şəhər Halqasının əhatə etdiyi yollarda nəqliyyatın hərəkətinə qoyulan qadağa aradan qaldırılıb.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-Prisinə görə bəzi yollarda aprelin 24-dən nəqliyyatın hərəkətinə müəyyən məhdudiyyətlər qoyulmuşdu.
Oxşar xəbərlər
Formula 1-ə görə paytaxtın yolları bağlanır - Bu tarixdə
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 apreldə baş tutacaq "Formula 1" üzrə Azərbaycan Qran Prisi zamanı nəqliyyatın hərəkəti ilə bağlı açıqlama yayıb...
