Firudin Qurbanov: "Elm və Təhsil Nazirliyi olaraq dini təhsil alanlara xüsusi diqqət yetiririk"
Dinin bir çox funksiyaları bu gün çox aktualdır. Bunlardan biri insanda dünya görüşünün, mədəniyyətin, əxlaqın formalaşmasıdır.
BAKU.WS xəbər verir ki, bunu "Müasir din təhsili modeli: Mənəvi dəyərlər qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O, bildirib ki, dünyada 5 minə yaxın din var. Bu onu göstərir ki digər mənəvi həyatın sistemində dinin özünə məxsus böyük rolu var:
"Bu ilk növbədə əxlaq və mənəviyyatla bağlıdır. Dinin bir çox funksiyaları bu gün çox aktualdır. Bunlardan biri insanda dünya görüşünün, mədəniyyətin, əxlaqın formalaşmasıdır. Dinin kommunikativ funksiyası da var. Bunlar onu göstərir ki, bu gün dinin olduqca böyük əhəmiyyəti var. Elm və Təhsil Nazirliyi olaraq dini təhsil alanlara xüsusi diqqət yetiririk".
Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycanda həm orta, həm də ali məktəblərdə bir sıra fənnlərdə, xüsusilə də "Həyat bilgisi", "Azərvaycan tarixi" kimi tədris fənlərində din barədə məlumatlar verilir:
"Dinlər barədə məlumatın verilməsi gənclərdə gələcəkdə dinə hörməti formalaşdırır. Bizdə digər ölkələrin dinlərinə böyük hörmət bəslənir. Biz Bakının ən gözəl yerində erməni kilsəsini qoruyub saxlamışıq".
Banu Hüseynli
Oxşar xəbərlər
Qatarla Tbilisiyə gedənlər sığortanı hansı vağzallardan ala bilərlər?
Bakı-Tbilisi qatar reysi ilə Gürcüstana giriş üçün tələb olunan səfər sığortasını seçdiyiniz şirkətdən birbaşa və ya onlayn, həmçinin Bakı və Gəncə dəmiryol vağ...