Finlandiyanın Baş naziri koronavirusa yoluxub

Finlandiyanın Baş naziri koronavirusa yoluxub
Sosial 61

Finlandiyanın baş naziri Sanna Marinin koronavirus testi müsbət çıxıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında məlumat verib.

Baş nazirin sözlərinə görə, onun simptomları yüngüldür və özünü yaxşı hiss edir.

Xatırladaq ki, Marin mayın 26-da Ukraynanın İrpin və Buça şəhərlərinə səfər edib.

Bu ərəfədə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Burbokun Pakistana səfəri zamanı COVID-19 testinin müsbət çıxdığı bildirilmişdi.

İyunun 5-də isə Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell öz “Twitter” hesabında pandemiyanın başlamasından bəri ikinci dəfədir ki, koronavirusa yoluxduğunu bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər