FHN Suqovuşan su anbarını mühafizəyə götürüb

FHN Suqovuşan su anbarını mühafizəyə götürüb
Sosial 380

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarını mühafizəyə götürüb.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejiminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi və su anbarı erməni işğalından azad edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər