FHN rəsmisi: Alpinistlərdən marşrut xətlərini öncədən "112"yə bildirmələri tövsiyə olunur
Alpinistlərdən marşrut xətlərini öncədən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə bildirmələri tövsiyə olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, FHN-in "112" qaynar telefon xəttinə hər gün ortalama 8-10 min müraciət daxil olur:
"Təəssüf ki, daxil olan müraciətlərin mütləq əksəriyyəti əsassızdlr. 112 mobil tətbiqi əlçatanlığın təmin olunması məqsədilə tətbiq olunub. 112 mobil tətbiqinin bizə verdiyi ən böyük üstünlük lokasiyanın təyin olunmasıdır. İstifadəçi 112 mobil tətbiqinə daxil olduqda dərhal 112-də, qaynar xətdə artıq operatorlar tərəfindən hadisənin baş verdiyi ünvan avtomatik qaydada xəritə proqram təminatında görünəcək".
O bildirib ki, Azərbaycanda turizm sürətlə inkişaf edir və "112" qaynar xəttinə daxil olan müraciətlərin müəyyən hissəsi əcnəbilərə məxsusdur:
"Bu müraciətlərin qəbulu ilə bağlı ingilis, rus, ərəb dillərini bilən şəxslərin növbədə olması təmin olunub. Hazırda turizm bölgələrimizdə hər hansı fövqəladə hal baş verdikdə hər kəsə ilk olaraq "112" qaynar xəttinə müraciət etməyi tövsiyə edirik. Bildiyiniz kimi, bir çox turistlər çətin keçilən ərazilərə, mürəkkəb relyeflərə maraq göstərirlər. Alpinistlərdən, yaxud da yüksəkliyə qalxan digər turistlər öncədən marşrut xətlərini müəyyənləşdirməlidirlər. Yaxşı olar ki, "112"yə zəng vurub hərəkət traektoriyaları barədə məlumat versinlər. Bu məlumatın əvvəldən verilməsi hər hansı xoşagəlməz hadisə zamanı onların hərəkət marşrutları üzrə axtarış-xilasetmə qüvvələrinin cəlb edilməsini asanlaşdırar".
Oxşar xəbərlər
"Nərimanov" metrosunun ətrafı tam dəyişdirilir
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsində...