FHN-in sabiq vəzifəli şəxsi həbs edildi

Fövqəladə Hallar Nazirliyinin sabiq vəzifəli şəxsi həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərİnşaatlahiyə" institutunun mühəndisi Ofelya Məhərrəmova (soyad şərtidir) dələduzluqda təqsirləndirilib. O, iş yoldaşı Fərid Məhəmmədova qarşı külli miqdarda dələduzluq edib.
Belə ki, Fərid Məhəmmədov Bakıda özünə ev almaq istəyib. Bunu eşidən Ofelya Fəridə Nərimanov rayonu, Mayakovski küçəsindəki 8/9 və 10 ünvanlarında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının "A" blokunda ikiotaqlı mənzili göstərərək, həmin mənzili ona verəcəyini bildirib. O bu məqsədlə Fəriddən 66 100 manat alıb, qaytarmayıb.
F.Məhəmmədov məsələ ilə bağlı polisə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə O.Məhərrəmova saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. Lakin O.Məhərrəmova istintaqdan yayınıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və axtarış elan edib.
O.Məhərrəmova saxlanılaraq istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və O.Məhərrəmova beş il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
İdman etmək, ya etməmək? – Mütəxəssislər nə deyir
İdman gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bir çox insan hələ də "idman etməyə dəyərmi?" sualına tərəddüdlə yanaşır. Mütəxəssislər bildirirlər ki, f...
