FHN-in hospitalında bir neçə bölmə bağlandı - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusa yoluxma sayının azalmasıdır.
FHN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq xəstəxanada bəzi bölmələr fəaliyyətini dayandırıb:
“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”.
Qeyd edək ki, “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığı üçün bağlanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: "Biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik"
Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. BAKU.WS-in məlumatına görə,...