FHN-ə Ağdamda 690 min manatlıq bina tikiləcək

FHN-ə Ağdamda 690 min manatlıq bina tikiləcək
Sosial 41

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində bina tikiləcək.

BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, nazirliyin Əsaslı Tikinti İdarəsi binanın birinci mərhələ üzrə tamamlama işləri üçün hazırlıqlara başlayıb.

Nazirlik bu işləri "Şinkar Holding"ə həvalə edib və həmin şirkətlə 690 373 manat dəyərində müqavilə bağlanıb.

Qeyd edək ki, Mina Əleyhinə Xüsusi Təyinatlı Alay işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər