FHN: Dübəndidə dəniz sahili neft qalıqlarından təmizlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqları yığılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata əsasən, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi, Dübəndi yaşayış sahəsində dəniz sahilində neft qalıqlarının yığılması barədə məlumat daxil olub.
Bildirilib ki, dərhal əraziyə FHN-in Mülki Müdafiə qoşunlarının və Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şəxsi heyəti və texnikaları cəlb olunub.
Hazırda FHN-in qüvvələri tərəfindən Dübəndi yaşayış sahəsində dəniz sahilində aşkar edilmiş neft qalıqlarının yığılıb ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.
Oxşar xəbərlər
Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur
"Mənzil-istismar sahələrinin (JEK-lərin) fəaliyyəti və ümumilikdə yaşayış binalarının idarə edilməsi sistemi yenidən nəzərdən keçirilməlidir. Bu strukturların y...