FHN-dən hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ
Sosial 438

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun daha da yüksələcəyi, bəzi yerlərdə temperaturun 42-43 dərəcəyədək artacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

"Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur", - deyə müraciətdə bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İsti hava şəraiti ilə əlaqədar FHN əhaliyə MÜRACİƏT ETDİ

İsti hava şəraiti ilə əlaqədar FHN əhaliyə MÜRACİƏT ETDİ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44 dərə...

552 Sosial 13:59 19 iyul 2021

Son xəbərlər