İsti hava şəraiti ilə əlaqədar FHN əhaliyə MÜRACİƏT ETDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44 dərəcəyədək artacağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
"FHN yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".
Oxşar xəbərlər
Əhaliyə isti hava ilə bağlı xəbərdarlıq edildi - Bunları qəti ETMƏYİN
Fövqəladə Hallar Nazirliyi anomal isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyilir: "Hazırda ölkə ərazisində hök...