FHN bu rayonda 3,3 milyona yeni yanğınsöndürmə binasi tikdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunda yeni yanğınsöndürmə binasının inşasına hazırlıq görülür.
BAKU.WS-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti üçün üç çıxışlı müasir inzibati binanın tikilməsi nəzərdə tutulub.
Layihəyə həm binanın, həm də ətraf ərazinin abadlaşdırılması daxildir.
Tikinti zamanı torpaq qazıntıları, qruntun daşınması və müxtəlif texnikalardan istifadə olunması planlaşdırılır. Buraya həm ekskavator, həm də əl əməyindən istifadə olunan işlər daxildir. Əsas məqsəd, bölgədə yanğın təhlükəsizliyini artırmaq və fövqəladə hallara daha çevik reaksiya verə biləcək şərait yaratmaqdır.
İşlərin icrası üçün ümumilikdə 3 milyon 383 min manatdan çox vəsait ayrılıb. Tikinti başa çatdıqdan sonra Cəbrayıl rayonunda yanğınsöndürmə xidmətlərinin fəaliyyətində əhəmiyyətli irəliləyişin olması gözlənilir.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...