FHN Akademiyasının 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib - FOTO
İyunun 2-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 15 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Mərasimdə Fövqəladə Hallar Nazirliyinin rəhbər şəxsləri, ölkədə fəaliyyət göstərən xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbərləri, Akademiyanın professor-müəllim heyəti, kursantlar və onların valideynləri iştirak edib.
Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Dövlət Himni səsləndirilib. Akademiyanın bayrağının meydana gətirilməsi ilə açıq elan edilən təntənəli mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Akademiyanın əməkdaşları və kursantlarını yubiley münasibətilə təbrik edib.
E.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olan dədə-baba torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.
Nazir müavini bildirib ki, anadan olmasının 100 illiyini böyük coşqu, təntənə və minnətdarlıq hissi ilə qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin, təhsilinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb, Ulu Öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bu sahədə mühüm tədbirlər həyata keçirilib. Ümummilli Liderin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi təhsil siyasəti bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçısı ölkəmizin gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi qayğı göstərir, respublikamızda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının reallaşdırılması məqsədilə mühüm qərarlar qəbul edir.
Bu çərçivədə, yaradılan ali təhsil ocaqlarından biri də 15 illiyi qeyd edilən Fövqəladə Hallar Nazirliyinin Akademiyasıdır. Akademiya Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin müasir tələblərə uyğun təmin etmək məqsədilə xüsusi ixtisaslı ali təhsilli kadrlara olan ehtiyac nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamı ilə yaradılıb.
Nazir müavini qeyd edib ki, 2013-cü il dekabr ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Akademiyanın binasının açılışında iştirak edərkən görülmüş işlərə qiymət verib, Akademiya qarşısında duran mühüm vəzifələri müəyyənləşdirib.
Bu gün fəaliyyətinin 15 illiyi qeyd edilən Akademiyanın ötən müddət ərzində ən müasir tələblərə cavab verən maddi-texniki bazası yaradılıb, güclü pedaqoji heyət formalaşdırılıb, kursantların tədris və təlimi, sosial-məişət şəraiti yüksək səviyyədə təmin edilib. Ötən illər ərzində təhsil ocağının fövqəladə hallarla mübarizə sahəsində zəngin biliklərə yiyələnmiş 1130 nəfər məzun buraxılışı olub. 2016-cı ildən isə Akademiyada qiyabi təhsil də təşkil olunub.
E.Mirzəyev ölkə başçısı tərəfindən təhsilin inkişafına göstərilən diqqət və qayğının, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin Ulu Öndərin təhsil siyasətinin ugurlu davamının göstəricisi olduğunu vurğulayıb.
Daha sonra FHN Akademiyasının rəisi general-mayor Baba Salayev çıxış edərək ali təhsil müəssisəsinin tarixindən və fəaliyyətindən söz açıb, əldə edilmiş nailiyyətlərdən danışıb.
Akademiyanın məzunları adından ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş ilk məzun olan kapitan Fuad Mirqulamlı və məzun, qazi mayor Süleyman Heydərov çıxış edərək sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.
Sonra tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Akademiyanın bir qrup əməkdaşının təltif olunması barədə fövqəladə hallar nazirinin əmri oxunub.
Mərasimdə tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanmış müraciəti səsləndirilib.
Mərasim Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.
Qalereya
Oxşar xəbərlər
FHN-nin yaradılmasının 17-ci ildönümü münasibətilə təntənəli iclas keçirilib - FOTO
16 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 17-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazi...