Fəzail Ağamalının ailə sürücüsü koronavirusdan öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Millət vəkili Fəzail Ağamalının ailə sürücüsü koronavirusdan vəfat edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Bəhruz Allahverənzadə 15 gün COVİD-19-la mübarizə aparsa da sonda həyatını itirib. O, uzun müddət F.Ağamalının ailə sürücüsü kimi işləyirmiş.
Hadisəyə aydınlıq gətirmək üçün Millət vəkilinin özü ilə əlaqə saxladıq. Fəzail Ağamalı BAKU.WS-ə açıqlamasında məlumatın doğruluğunu təsdiq etdi:
“Bəli, Bəhruz mənim nəvələrimin sürücüsü idi. Təqribən 64 yaşı var idi. 15 gün olardı ki, bu xəstəliyə yoluxmuşdu. Dünən o xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin!”
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...