Fazil Mustafa: Küçədə dilənçilik edən uşaq dərhal valideynindən alınmalıdır

Küçədə dilənçilik edən hansı uşaq tutulsa, dərhal valideynindən alınmalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir.
Deputat həmçinin Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə alınmalı olduğuna diqqət çəkib:
"Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bundan kənar dini təhsilə cəlb edilmə qanunsuzdur".
Oxşar xəbərlər
"Maşın bazarı"ndakı durğunluğun əsl səbəbləri
İnternet resurslarının imkanları, həmçinin ölkəmizdə müasir Çin nəqliyyat vasitələrinə maraq "maşın bazarı"na ciddi təsir göstərib. Artıq avtomobil almaq arzusu...
