Faydalı bitkilər toplayan 67 yaşlı Ələmdar Fərzəliyev: "Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı"

Faydalı bitkilər toplayan 67 yaşlı Ələmdar Fərzəliyev: Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı
Sosial 31

Min bir dərdin dərmanı olan bitkilər içərisində əvəlik və ələyəz xüsusi yer tutur. İnsan sağlamlığı üçün möcüzəvi faydaları olan bu bitkilər əsasən dağlıq və meşəlik ərazilərdə yabanı halda bitir. Naxçıvan dağlarının əvəzolunmaz nemətləri sayılan əvəlik və ələyəzdən indi də geniş istifadə olunur.

Şərur rayonunun Yuxarı Yaycı kənd sakini, 67 yaşlı Ələmdar Fərzəliyev Baku TV-yə deyir ki, uzun illərdir bu bitkilərin toplanması ilə məşğul olur.

Faydalı bitkilər toplayan 67 yaşlı Ələmdar Fərzəliyev:

"Dağlara gedib əvəlik, ələyəz, itburnu, dazıotu, kəklikotu toplayırıq, hörürük, quruduruq. Bir ildən sonra bunlar xarab olur. Əgər uzun müddət saxlamaq istəyirsənsə, doğrayıb sellofanlara yığmaq, ağzını möhkəm bağlamaq lazımdır ki, qurd düşməsin. Bu bitkilər istənilən yeməyə dad verir. Nənəm deyirdi ki, vaxtilə bu otlarla övladlarını yaza çıxarırdı. Beş əmim var idi. Deyirdilər ki, 1941-1945-ci illərdə aclıq vaxtı əvəliklə ələyəz olmasaydı, bəlkə də sağ qalmazdılar", - o bildirib.

Oxşar xəbərlər

Bu bürclər "ən çox darıxanlar" siyahısındadır

Bu bürclər "ən çox darıxanlar" siyahısındadır

Astroloqların fikrincə, bəzi bürclər emosional bağlılığa daha çox önəm verir və ayrılıq, məsafə və ya soyuqluq hiss etdikdə daha tez darıxırlar. BAKU.WS xəbər...

39 Sosial 23:59 08 fevral 2026

Son xəbərlər